• Bakı 9° C

    10.69 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"Qardaş yumruğu" İran mollalarına cavab mesajı idi - Hərbi ekspert

SİYASƏT

07 Dekabr 2022 | 16:43

"Qardaş yumruğu" İran mollalarına cavab mesajı idi - Hərbi ekspert

"Təlimlər birmənalı olaraq Azərbaycan və Türkiyə tərəfindən İran mollalarına cavab mesajı idi"

Bunu Azərbaycan və Türkiyə müxtəlif qoşun növlərinin iştirakı ilə keçirilən təlimləri Bakıvaxtı.az-a şərh edən hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, təlimin əsas məqsədi Şuşa Bəyannaməsinin ərazidə koordinasiyalı şəkildə həyata keçirilməsinə dair fəaliyyətlərimizi nümayiş etdirmək idi.

"Hər iki qardaş ölkənin silahlı qüvvələri müxtəlif ərazilərdən istənilən coğrafiyada istənilən vəzifələri birgə şəkildə yerinə yetirə biləcəklərini Ermənistan və onun müttəfiqlərinə bir daha nümayiş etdirdilər".

Ə.Verdiyev Astara, Cəbrayıl və İmişlidə ilk dəfə birgə təlimlərin keçirilməsini də təsadüfi saymır. Ekspert bildirib ki, bu ərazilər İranla sərhəddə yerləşir və bu təlimlərin keçirilməsi ondan xəbər verir ki, Azərbaycan İranın təhdidlərindən narahat deyil. "Azərbaycan-Türkiyə birliyi istənilən İran təhdidinin qarşısını almağa hazırdır. Türkiyə qırıcılarının ölkəmizdə olması ondan xəbər verir ki, Türkiyə ordusu Azərbaycanın, Azərbaycan ordusu isə Türkiyənindir. “Qardaş yumruğu” kifayət qədər uğurlu ad seçimidir. Bu, İran tərəfindən Azərbaycana qarşı atılan addımlara bir cavabdır”.

Qeyd edək ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Azərbaycan-Türkiyə birgə təlimi keçirilib.

Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edib.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR