• Bakı 19° C

    6.36 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Aksiyanın 11-ci günü: Politoloq durumu ŞƏRH EDİR

SİYASƏT

22 Dekabr 2022 | 10:06

Aksiyanın 11-ci günü: Politoloq durumu ŞƏRH EDİR

Artıq 11 gündür ki, Laçın-Xankəndi yolunda keçirilən aksiya davam edir.

Bakıvaxtı.az-ın məlumatına görə, politoloq Əziz Əlibəyli aksiyanın 11-ci günün nəticələrini şərh edib.

Onun sözlərinə görə, qondarma rejimi idarə edən rəhbərliyin mühüm bir hissəsi 11 gündür İrəvanda qalıb, bu, açığı çox unikal prosesdir:

“Azərbaycan konkret olaraq öz ərazisinə terrorçuları buraxmaya bilərmiş. Maraqlıdır ki, üç hakimiyyət deputatı İrəvandan bölgəyə təftişə gəliblərmiş, ruslar geri qaytarıblar ki, yolu bağlamışıq. Rusiyanın BMT-dəki nümayəndəsi deyib ki, bölgə yolu yarımaçıqdır. Hanı iddia edilən humanitar fəlakət? İlk dəfə sülhməramlı kolon maşını etirazçılar tərəfindən geri qaytarılıb, sadəcə içərisinə baxmağa çalışıblar. Onlar da buna imkan verməmək üçün geriyə qayıdıb”.

Ə.Əlibəyli bildirib ki, qondarma rejim hakimiyyəti Laçın yoluna getmək üçün müəyyən format axtarır, amma tapa bilmir:

“Ruslar ermənilərə bildirib ki, yol Şuşaya doğru azərbaycanlılar tərəfindən bağlanıb, ora getsəniz, mülki əhali ilə münaqişəyə girməli olacaqsınız, bunu Ermənistanda heç kim istəmir. Bəs, aksiya fonunda prosesi BMT tribunasına daşıyan Ermənistan qondarma rejimin tanınmasını niyə həyata keçirmir və ya bacarmır? Maraqlıdır ki, yalnız Fransa və İrlandiyadan bu istiqamətdə ermənilərə ciddi dəstək vardı, lakin digər ölkələr üçün mənasız prosesdir”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026