Şəmkirdə baş verən yol qəzasının təfərrüatları məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, hərəkətdə olan “Ford” markalı yük maşını yolun kənarında dayana "VAZ" markalı minik maşınını vurub. Bu zaman “VAZ”ın qarşısında dayan minik maşınının sürücüsü - Gəncə şəhər sakini, 55 yaşlı Telman Kərimov Sultan oğlu avtomobilin altında qalaraq ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. /APA
19:38
Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Bakıvaxtı.az xəbər verir ki, 2 minik avtomobilinin toqquşması nəticəsində sürücülərdən biri aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
Onun şəxsiyyəti dəqiqləşdirilir.
Xəsarət alan digər şəxs isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. /Report






jpg-1670416611.webp)











