• Bakı 7° C

    11.16 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

2 platforma operatorunun lisenziyası ləğv edildi

MULTİMEDİA

27 Fevral 2025 | 17:47

2 platforma operatorunun lisenziyası ləğv edildi

Azərbaycan Respublikası Audiovizual Şurasının növbəti iclası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, iclasda "Eurosel" MMC və "Sveet TV Group AZ" MMC-nin fəaliyyət göstərmədiklərinə görə onlara verilmiş universal platforma operatoru lisenziyalarının ləğv olunması ilə bağlı Audiovizual Şuraya müraciətlərinə baxılıb.

Qəbul olunmuş qərarlara əsasən hər iki operatorun lisenziyası ləğv olunub.

Həmçinin iclasda "Aznet Technologies" QSC-nin özünün ikinci operator xidmətinə ("Araznet" xidmət adı ilə) universal platforma operatoru lisenziyasının verilməsi üçün Audiovizual Şuraya müraciətinə baxılıb. Müzakirələrdən sonra "Aznet Technologies" QSC-yə (xidmət adı "Araznet" olmaqla) universal platforma operatoru lisenziyasının verilməsi haqqında müvafiq qərar qəbul olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026