• Bakı 12° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

Nizamnamə kapitalı  5 manat olan şirkət 380 minlik tenderin qalib oldu

CƏMİYYƏT

24 Noyabr 2022 | 11:02

Nizamnamə kapitalı  5 manat olan şirkət 380 minlik tenderin qalib oldu

“Azergold” QSC təmir və abadlıq işlərinin satın alınması ilə bağlı elan etdiyi tenderə yekun vurub.

Bakıvaxtı.az xəbər verir ki, qalib “N TENSILE” MMC-dir.

“Azergold” qalib şirkətlə məbləği 379 min 961 manatlıq müqavilə imzalayacaq.          

Müqavilənin şərtlərinə görə, Çovdar Filiz Emalı Sahəsinin (ÇFES) mövcud hasarın zədələnmiş hissələrinin təmiri və ehtiyac yaranan hissələrin hasarlanması üçün tədbirlərin görülməsi nəzərdə tutulub.

2021-ci ildə dövlət qeydiyyatına alınan “N TENSILE” şirkətinin nizamnamə kapitalı 5 manatdır.

İbRa


SON XƏBƏRLƏR