Bakının Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsində mənzildə yanğın baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.
Bildirilib ki, yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə qüvvələrinin operativ müdaxiləsi nəticəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
















