• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

6 yaşlı azarkeşin stadiona girişinə qadağa qoyuldu

İDMAN

03 Dekabr 2024 | 11:20

6 yaşlı azarkeşin stadiona girişinə qadağa qoyuldu

Fransanın I Liqa təmsilçisi "Havr" 6 yaşlı azarkeşin stadiona girişinə qadağa qoyub.

Bakıvaxtı.az  "L'Équipe" istinadən xəbər verir ki, buna səbəb uşağın matç zamanı tamaşaçı davranış qaydalarını pozması olub.

Noyabrda "Reyms"lə (0:3) oyun zamanı azyaşlı azarkeş tribunadan karton stəkanlar və kağız toplar atıb. Reklam lövhələrinin arxasına düşən əşyalar klubun cərimələnməsinə səbəb olub.

Qadağa 2025-ci il yanvarın əvvəlinə qədər qüvvədə olacaq. Onun valideynləri cəzaya etiraz etməyiblər.

Qeyd edək ki, "Havr" 13 turdan sonra 16-cı yerdə qərarlaşıb.


SON XƏBƏRLƏR

18 Aprel 2025