• Bakı 5° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

"Qalatasaray" müdafiəçi üçün PSJ-yə təklif göndərdi

İDMAN

01 Yanvar 2025 | 13:45

"Qalatasaray" müdafiəçi üçün PSJ-yə təklif göndərdi

Türkiyənin "Qalatasaray" klubu futbolçu Milan Şkrinyar üçün Fransa təmsilçisi PSJ-yə təklif göndərib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, İstanbul təmsilçisi 29 yaşlı müdafiəçini icarəyə götürmək istəyir. "Sarı-qırmızılar" slovakiyalı oyunçunun qərarını gözləyir.

Qeyd edək ki, 2023-cü ildən Paris klubunda çıxış edən oyunçunun PSJ ilə müqaviləsinin müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026