• Bakı 7° C

    0.91 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Antuan Qrizmann "Atletiko"dan ayrıla bilər

İDMAN

01 Yanvar 2025 | 11:47

Antuan Qrizmann "Atletiko"dan ayrıla bilər

Fransa millisinin futbolçusu Antuan Qrizmann İspaniyanın "Atletiko" klubundan ayrıla bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb.

33 yaşlı hücumçu ABŞ-nin MLS çempionatında çıxış edən komandadan cəlbedici təklif alıb. Təcrübəli forvard martda karyerasını ilə bağlı qərar verəcək.

Madrid təmsilçisi oyunçunun fikrinə hörmətlə yanaşacaq.

Qeyd edək ki, Qrizmannın müqaviləsinin müddəti 2026-cı ilin yayınadək qüvvədədir. O, cari mövsümdə 25 matçda 11 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. "Atletiko" 18 turdan sonra 41 xalla La Liqada liderdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026