• Bakı C

    14.7 m/s

  • USD - 1.7

    EUR - 1.9284

    RUB - 2.0347

ABL: V tura bir oyunla start veriləcək

İDMAN

03 Dekabr 2024 | 09:27

ABL: V tura bir oyunla start veriləcək

Azərbaycan Basketbol Liqasında V tura bu gün bir oyunla start veriləcək.

Bakıvaxtı.az xəbər verir ki, B qrupunda "Ordu" evdə "Quba" ilə üz-üzə gələcək.

"Sərhədçi" İdman Mərkəzində keçiriləcək görüş saat 19:00-da başlayacaq. "Ordu" hazırda B qrupunda 7 xalla ikinci pillədə qərarlaşıb. "Quba" isə 5 xalla beşincidir.

Qeyd edək ki, V turun digər görüşləri dekabrın 4-ü, 6-sı, 7-si və 8-də keçiriləcək.


SON XƏBƏRLƏR