• Bakı 21° C

    1.03 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

ABŞ-da atışma oldu - Ölən və yaralananlar var

DÜNYA

31 Oktyabr 2021 | 18:50

ABŞ-da atışma oldu - Ölən və yaralananlar var

ABŞ-ın Texas ştatının Teksarkana şəhərində Hellouin şənliyində açılan atəş nəticəsində azı 1 nəfər ölüb, daha 9 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli polis idarəsi feysbukdakı səhifəsində məlumat yayıb.

Qeyd ediliur ki, polis əməkdaşları atışma barədə məlumatı yoxlamaq üçün əraziyə gəldikdə güllə yarası almış 10 nəfəri aşkarlayıb. Zərərçəkənlər xəstəxanaya çatdırılıb, onlardan biri az sonra ölüb.

Hüquq-mühafizə orqanlarının hesablamalarına görə, atışma zamanı şənlikdə azı 200 nəfər olub.

Polis hələ hadisəni törədən şəxsi saxlamayıb. İstintaqın ilkin nəticələrinə görə, atışmaya qonaqlardan bəziləri arasında mübahisə səbəb olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026