• Bakı 15° C

    3 m/s

ABŞ-da bank binasında atışma: 5 ölü, 6 yaralı - YENİLƏNİB

DÜNYA

10 Aprel 2023 | 19:25 | Müəllif: Subhan Mahmudov

ABŞ-da bank binasında atışma: 5 ölü, 6 yaralı - YENİLƏNİB

Luisvill şəhərinin mərkəzində bank binasında baş verən atışmada 5 nəfər ölüb, 6 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə şəhər polisindən bildirilib.

Qeyd olunub ki yaralananlar arasında polis əməkdaşı da var.

Hadisəni törədən şəxs ölüb. Onun ölümünə nəyin səbəb olduğu açıqlanmayıb.

18:29

ABŞ-ın Kentukki ştatının Luisvill şəhərində atışma olub.

Bakıvaxtı.az xəbər verir ki, polis Luisvill şəhərinin mərkəzində bank binasında baş verən atışmada çoxlu itki olduğunu bildirib.

Luisvill Polis İdarəsi “Twitter“də atışmanın davam etdiyini bildirərək vətəndaşları ərazidən uzaq durmağa çağırıb.

Binanı tərk edən şahidlər bildiriblər ki, onlar binanın içərisində atəş səsləri eşidiblər.

Kentukki qubernatoru "Twitter" hesabında hadisə yerinə getdiyini bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR