• Bakı 10° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Zurabişvilidən Putinin qərarına REAKSİYA

DÜNYA

10 May 2023 | 16:22

Zurabişvilidən Putinin qərarına REAKSİYA

Gürcüstan Prezidenti Salome Zurabişvili Rusiya tərəfindən Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğv edilməsi və Gürcüstanla birbaşa aviasiya əlaqəsinin bərpa edilməsini təxribat adlandırıb. 

Bakıvaxtı.az  xəbər verir ki, Zurabişvili bu barədə öz tviter hesabında paylaşım edib.

“Rusiyanın daha bir təxribatı. Nə qədər ki, Ukraynada münaqişə davam edir və Gürcüstanın ərazi bütövlüyü bərpa edilməyib, Rusiya tərəfindən viza rejiminin ləğv edilməsi və birbaşa hava əlaqəsinin bərpa edilməsi qəbuledilməzdir”, - deyə gürcü Prezident qeyd edib. 

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putinin imzaladığı fərmana əsasən, mayın 15-dən Gürcüstan vətəndaşları üçün vizasız rejim tətbiq ediləcək. Bununla yanaşı, Gürcüstana birbaşa uçuşlara və turların satışına qoyulan qadağa ləğv edilib. 

Qeyd edək ki, Gürcüstan 1990-cı illərin əvvəlində Abxaziya və Cənubi Osetiya üzərində nəzarəti itirib. 2008-ci ilin avqustunda baş verən müharibədən sonra isə Rusiya həmin ərazilərin müstəqilliyini tanıyıb, Gürcüstan isə cavab olaraq Rusiya ilə diplomatik əlaqələrini kəsib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026