Türkiyədə 2023-cü ilin sonuna qədər 20-yə yaxın ərazidə 200 yeni neft quyusu qazılacaq.
Bakıvaxtı.az-ın Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin "Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkəti açıqlama verib.
Məlumata əsasən, TPAO il sonuna qədər ölkədaxili neft istehsalını 76 mindən, 90 min barrelə çatdırmağı hədəfləyir.
















