• Bakı 6° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Türkiyədən dönən “Azov” komandirləri cəbhəyə qayıdacaqlar

DÜNYA

09 Iyul 2023 | 09:31 | Müəllif: Subhan Mahmudov

Türkiyədən dönən “Azov” komandirləri cəbhəyə qayıdacaqlar

"Azov" alayının komandirləri cəbhəyə qayıtmaq niyyətindədirlər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə hərbi birləşmənin komandirlərindən biri Denis Prokopenko Lvovda jurnalistlərə açıqlamasında bildirib.

"Biz hələ döyüşdə öz sözümüzü deyəcəyik", - o qeyd edib.

Döyüş əməliyyatları ilə bağlı aydınlaşdırıcı suala o belə cavab verib: "Biz elə ona görə qayıtmışıq".

Ukrayna Prezidenti Volodimir Zelenski "azov"çuların qayıdışı ilə bağlı təfərrüat verməkdən yayınıb: "Elə şeylər var ki, təfərrüatlar gələcək nəticələrə mane olur".

Xatırladaq ki, Volodimir Zelenski Ankaraya səfər edib Prezident Rəcəb Tayyib Ərdoğanla görüşdükdən sonra "Azov" komandirləri Türkiyədən Ukraynaya qaytarılıb. Kremlin sözçüsü Dmitri Peskov bunun razılaşmalara zidd olaraq edildiyini bildirsə də, nə Ukrayna, nə də Türkiyə tərəfi onun bu açıqlamasına münasibət bildirib./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR