• Bakı 8° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Türkiyə müdafiə sənayesi şirkətləri dünya sıralamasında

DÜNYA

08 Avqust 2023 | 00:32 | Müəllif: Subhan Mahmudov

Türkiyə müdafiə sənayesi şirkətləri dünya sıralamasında

“Defence News” jurnalının müdafiə satışları əsasında dərc etdiyi 2023-cü il üçün "Defense News Top 100" siyahısı açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, buna əsasən, 2022-ci ildə 3 olan siyahıda Türkiyə müdafiə sənayesi şirkətlərinin sayı bu il 4-ə yüksəlib.

1)   Ötən il siyahının 49-cu pilləsində olan Hərbi Elektronika Sənayesi şirkəti ASELSAN bu il 47-ci pilləyə yüksələrək Türkiyə şirkətləri arasında liderliyini qoruyub.

2)   “Turkish Aerospace İndustries” anonim şirkəti TUSAŞ keçən il 67-ci yerdə ikən bu il siyahıda 58-ci yerə çıxaraq mühüm sıçrayışa imza atıb.

3)   ROKETSAN 2022-ci ildə 86-cı sırada idisə, 2023-cü ildə 80-ci pilləyə yüksəlib.

4)   Siyahıya ilk dəfə daxil olan “Military Factory and Shipyard Operations İnc” - ASFAT siyahıda 100-cü yerdə qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026