• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Simonyan Zaxarovanı "hansısa katibə" adlandırdı

DÜNYA

06 Sentyabr 2023 | 22:00 | Müəllif: Subhan Mahmudov

Simonyan Zaxarovanı "hansısa katibə" adlandırdı

Hansısa qurumdakı hansısa katibənin sözlərini şərh etmək fikrində deyiləm.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın erməni rəsmilərinə yönəlik tənqidinə cavabında deyib.

“Mən deməzdim ki, Ermənistanla Rusiya arasında gərginlik artıb, sadəcə olaraq elə bir vəziyyət yaranıb ki, çoxlu suallar var və cavab yoxdur”, - Simonyan bildirib.

Qeyd edək ki, Rusiya XİN sözçüsü Mariya Zaxarova Ermənistan Baş naziri Nikol Paşinyanı verdiyi açıqlamalarından dolayı onu məsuliyyətli olmağa dəvət etmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026