• Bakı 8° C

    11.44 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Dünyada internet kəsiləcək? - AÇIQLAMA

DÜNYA

06 Oktyabr 2023 | 16:50 | Müəllif: Subhan Mahmudov

Dünyada internet kəsiləcək? - AÇIQLAMA

Amerika Kosmos Agentliyi (NASA) Yer kürəsini günəş qasırğasının vura biləcəyini elan etdikdən sonra sosial şəbəkələrdə bütün dünyada internetin kəsiləcəyi ilə bağlı xəbərlər yayılmağa başlayıb. 

Bakıvaxtı.az bildirir ki, bu barədə NASA açıqlama verib. 

"Dünyada internetin bağlanacağı ilə bağlı bütün xəbərlər əsassız şayiələrdir. İnternetin təhlükə altına düşəcəyinə dair heç bir təhdid və ya sübut yoxdur", - deyə agentliyin sözçüsü bildirib. 

Dünyada internetin bağlanması ilə bağlı şayiələr ilk dəfə bu ilin əvvəlində fırtınası barədə xəbərdarlıqdan sonra yayılıb.

Günəş fırtınaları enerji təchizatı və telekommunikasiya şəbəkələrində fasilələrə səbəb ola biləcək günəşdən maqnit enerjisinin buraxılmasıdır. Bununla belə, internetin kəsilməsi üçün kifayət qədər güclü günəş şüaları yoxdur. /lent.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026