• Bakı 12° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Əfqanıstan-Pakistan sərhədində atışma - 4 nəfər öldü

DÜNYA

06 Sentyabr 2023 | 19:15 | Müəllif: Subhan Mahmudov

Əfqanıstan-Pakistan sərhədində atışma - 4 nəfər öldü

Əfqanıstan-Pakistan sərhədində baş verən atışma nəticəsində “Taliban”ın azı 4 tərəfdarı ölüb, daha 10 nəfər yaralanıb.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə "Aamaj News" agentliyi məlumat yayıb.

Məlumata görə, atışma Torxam keçid məntəqəsi ərazisində qeydə alınıb.

Qeyd edək ki, Torxam keçid məntəqəsi Pakistanla Əfqanıstan arasında üç əsas ticarət və tranzit yolundan biridir. Pakistan da bu nöqtədən Mərkəzi Asiyaya ticarət mallarını göndərmək üçün istifadə edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR