• Bakı 23° C

    8.28 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Kiyev Krım körpüsünü partlatdığını etiraf etdi

DÜNYA

09 Iyul 2023 | 11:47 | Müəllif: Subhan Mahmudov

Kiyev Krım körpüsünü partlatdığını etiraf etdi

Kiyev 2022-ci ilin oktyabrında Krım körpüsünə zərbə endirdiyini etiraf edib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar “Telegram” kanalında bildirib.

Anna Malyar Ukrayna-Rusiya müharibəsinin 500 gününün nəticələrinə həsr olunmuş məqaləsində qeyd edib ki, Rusiyanın logistikasını pozmaq üçün Krım körpüsünə ilk zərbə endirilməsindən 273 gün keçib.

Bundan əvvəl mayın 27-də Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk dolayı olaraq Ukrayna xüsusi xidmət orqanlarının Krım körpüsünün dağıdılmasında iştirakını təsdiqləmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026