ABŞ prezidenti Co Baydenin administrasiyası Ukrayna üçün əlavə maliyyə tələbini araşdırır.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ordunun Satınalmalar üzrə rəisi Duq Buş CNN-ə bildirib.
Onun sözlərinə görə, sorğu bu ilin payızında Konqres tərəfindən nəzərdən keçirilməyə hazır olacaq.
D.Buş qeyd edib ki, sənədin təfərrüatlarını hələ İdarəetmə və Büdcə İdarəsi müəyyənləşdirməlidir.
“Düşünürəm ki, bizim çox güclü arqumentlərimiz olacaq və ümid edirəm ki, maliyyələşməni davam etdirmək üçün - xüsusən Ukraynaya dəstək üçün sursat istehsalını və sursat alışını artırmaq - Konqresin dəstəyini alacağıq", - deyə Duq Buş qeyd edib.
Murad Məmmədli
















