• Bakı 8° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Evin damına "meteorit" düşdü

DÜNYA

10 May 2023 | 17:30

Evin damına "meteorit" düşdü

ABŞ-ın Nyu-Cersi ştatında evin damına meteorit hesab edilən 10-15 santimetr ölçüsündə “metal obyekt”in düşüb.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, ailə Hopewell əyalətində evin damında deşik olduğunu və obyektin yerə düşdüyünü, kartof ölçüsündə olan qara obyektin isə "isti" olduğunu qeyd edib.

Ev sakinləri hadisədən xəsarət almadan xilas olub. Polis daşın 1 kiloqram 800 qram ağırlığında olduğunu açıqlayıb.

Ailə cismin nə olduğunu öyrənmək üçün astronomlarla görüşməyi planlaşdırır.

"CBC News"un məlumatına görə, Franklin İnstitutunun baş astronomu Derrik Pitts verdiyi açıqlamada bildirib ki, o, kosmosda dolaşaraq yerə düşüb. Bildirilib ki, bu, tarixdə yalnız bir neçə dəfə olub.

Pitts obyektin "Günəş sisteminin başlanğıcından bəri mövcud olan 4-5 milyard illik" bir tarixi ola biləcəyinə diqqət çəkib.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026