Ukrayna Silahlı Qüvvələrinin hazırlaşdığı əks-hücum sonuncu olmaya bilər.
Bakıvaxtı.az UNİAN-a istinadla xəbər verir ki, bunu öləknin xarici suyasət isarəsinin rəhbəru Dmitri Kuleba deyib.
Nazir "Bild"ə müsahibəsində bildirib və etiraf edib ki, Ukrayna ordusu indi mənfi ssenari baş verəcəyi təqdirdə növbəti hücuma hazırlaşmalıdır.
"Bu əks-hücumun sonuncu olduğunu düşünməyin, çünki bunun nə ilə nəticələnəcəyini bilmirik. Əgər bu əks-hücum bizim ərazilərimizi azad etməkdə uğurlu olarsa, sonda deyəcəksiniz: bəli, bu sonuncu idi, yoxsa, bu o deməkdir ki, növbəti əks-hücuma hazırlaşmalıyıq”.
Kuleba əlavə edib ki, cəbhədə hadisələrin necə inkişaf edəcəyi məhz Ukrayna Silahlı Qüvvələrinin uğurundan, onların dərhal hücum hərəkətlərindən asılıdır.
Murad Məmmədli
















