ABŞ Hərbi Hava Qüvvələrinin İngiltərədəki üç bazası üzərində yenidən naməlum PUA-lar görünüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Sky Nyus” telekanalı ABŞ Hərbi Hava Qüvvələrinin Avropadakı komandanlığının nümayəndəsinə istinadən məlumat yayıb.
"Vəziyyətin davam etdiyini təsdiq edə bilərəm", - deyə o bildirib.
Amerika komandanlığının nümayəndəsi qeyd edib ki, hərbçilər Britaniya hakimiyyət orqanları ilə birlikdə hava məkanına nəzarəti davam etdirir.