• Bakı 17° C

    5.26 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

ABŞ şirkəti Ukrayna ilə milyard dollarlıq silah müqaviləsini pozdu

DÜNYA

27 Oktyabr 2025 | 11:30

ABŞ şirkəti Ukrayna ilə milyard dollarlıq silah müqaviləsini pozdu

ABŞ-nin "Firearms" şirkəti Ukraynaya təxminən 1 milyard dollar dəyərində sursat tədarükü ilə bağlı müqavilənin öhdəliklərini yerinə yetirə bilməyib.

Bakıvaxtı.az "Financial Times" nəşrinə istinadən xəbər verir ki, Arizona ştatında yerləşən şirkət avans ödənişini məhkəmə xərcləri ilə birlikdə Kiyevə qaytarmalıdır.

Məlumata görə, tərəflər arasında 2022-ci ildə müqavilə bağlanılıb. Razılaşmaya görə, ABŞ şirkəti Ukraynaya Sovet dövründən qalma irimiqyaslı sursatlar, o cümlədən təxminən 10 milyon ədəd 23 mm-lik zenit patronu, on minlərlə "Qrad" raketi, minaatan və digər silahlar verməli idi. Ukrayna şirkətə 17 milyon avro avans da ödəyib.

Sonradan məlum olub ki, şirkətdə bu miqyaslı sursatlar üçün lazımi infrastruktur, ixrac təcrübəsi və ya anbarlar yoxdur.

ABŞ federal məhkəməsi "Firearms" şirkətinin Ukraynaya bütün avans ödənişini, üstəgəl faizləri və xərcləri ödəməklə bağlı qərar çıxarıb. Ödənişin ümumi məbləği təxminən 20 milyon avro olacaq.


SON XƏBƏRLƏR