• Bakı 28° C

    9.62 m/s

  • USD - 1.7

    EUR - 1.8551

    RUB - 0.0198

AFFA bu klubu bütün yarışlardan KƏNARLAŞDIRDI

İDMAN

12 Iyul 2024 | 17:15

AFFA bu klubu bütün yarışlardan KƏNARLAŞDIRDI

Azərbaycan II Liqasında iştirak edən "İrəvan" komandası AFFA-nın bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu qurumun icraçı-vitse prezidenti Sərxan Hacıyev İcraiyyə Komitəsinin bugünkü iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.

Qurum rəsmisi buna bir neçə səbəb göstərib:

"İcraiyyə Komitəsinin qərarına əsasən "İrəvan" komandası AFFA-nın bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırılıb. Əsas səbəblər qeyri-sabitlik və maliyyə, həmçinin danışılmış oyunlarla bağlı olan ciddi problemlərdir. Bir neçə ay öncə "İrəvan" klubunun 8 futbolçusunun danışılmış oyunlarla əlaqədar adları çəkilmişdi. Bu cür ciddi neqativ hallar nəzərə alınaraq belə qərar qəbul olundu. "İrəvan"ı hansı komandanın əvəzləyəcəyi ilə bağlı Peşəkar Futbol Liqası ilə danışıqlar aparılacaq və ictimaiyyətə açıqlama veriləcək".


SON XƏBƏRLƏR

07 Avqust 2024