• Bakı 24° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

AFFA üç klubu CƏRİMƏLƏDİ

İDMAN

08 Fevral 2024 | 18:31

AFFA üç klubu CƏRİMƏLƏDİ

AFFA üç klubu cərimələyib.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının XXI turunda keçirilən “Səbail” - “Qarabağ” (1:2) və “Sabah” - “Turan Tovuz” (1:1) oyunlarında qeydə alınan neqativ hallara hüquqi qiymət verilib.

“Səbail”lə görüşdə dörd futbolçusu sarı vərəqə alan “Qarabağ” 700 manat cərimələnib. Qarşılaşmanın 66-cı dəqiqəsində qırmızı vərəqə alan ağdamlıların kapitanı Maksim Medvedevə birmatçlıq cəza verilib. Bu, “Qarabağ”ın daha 500 manat cərimə olunması ilə nəticələnib.

“Turan Tovuz”la ev oyunundan sonra meydana kənar şəxslərin daxil olması “Sabah”ı 800 manat ziyana salıb. Qonaq komandanın azarkeşlərinin oturduqları sektorda sındırılmış altı ədəd oturacaqla bağlı stadiona dəymiş zərərin “Turan Tovuz” klubu tərəfindən qarşılanması qərara alınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026