Sabirabadda yol qəzası baş verib.
Bakıvaxtı.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, rayonunun Bulaqlı kəndində "ВАЗ" markalı minik avtomobili yol kənarında ağaca çırpılıb. Nəticədə avtomobilin yanar hissələri yanıb. Ərazidə olan ağaclar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
















