Ağcabədidə avtomobil darvazaya çırpılıb, sürücü ölüb.
Bakıvaxtı.az "Trend"ə istinadla xəbər verir ki, yol nəqliyyat hadisəsi Ağcabədi şəhər ərazisində baş verib.
Laçın rayon sakini, 1996-cı il təvəllüdlü Bahadur Xanlarov idarə etdiyi "Mercedes" markalı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirib və yol kənarındakı həyətin dəmir darvazaya çırpılıb.
Nəticədə sürücü B.Xanlarov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Bakı 




