• Bakı 8° C

    10.25 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ağdaş sakinlərindən odlu silahlar götürüldü

CƏMİYYƏT

16 Mart 2023 | 20:47 | Müəllif: Subhan Mahmudov

Ağdaş sakinlərindən odlu silahlar götürüldü

Ağdaş sakinlərindən qanunsuz saxladıqları odlu silahlar götürülüb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı vətəndaşlardan müxtəlif markalı 7 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.

Həmçinin aparılan profilaktiki tədbirlər nəticəsində rayon sakinləri ümumilikdə 5 tüfəngi könüllü olaraq polis şöbəsinə təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026