• Bakı 14° C

    2.77 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Almaniyada karantin müddəti uzadıldı

DÜNYA

04 Mart 2021 | 09:25

Almaniyada karantin müddəti uzadıldı

Almaniyada koronavirusla bağlı tətbiq edilən karantin rejiminin müddəti martın 28-dək uzadılıb, lakin yumşalmalar da olacaq.

Bakıvaxtı.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə kansler Angela Merkel deyib.

"Biz lokdaunun ləğv edilməsi üçün addımlar atmalıyıq, amma bu addımların bizi geri aparmamasına diqqət etməliyik. 2021-ci ilin yazı 2020-ci ilə nisbətən fərqli olacaq", - kansler bildirib.

Qeyd olunub ki, ilk addım olaraq, artıq martın 8-dən etibarən kitab və gül mağazalarının, bağçılıq bazarlarının, kosmetik studiyaların və sürücülük məktəblərinin açılması planlaşdırılır. Martın 22-dən etibarən restoranlar, kinoteatrlar və pərakəndə satış mağazalarının qismən açılması istisna edilmir. Bu, yalnız gigiyenik qaydalara ciddi riayət etməklə mümkün olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Oktyabr 2026