• Bakı 10° C

    1.26 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Bayden Trampın qərarını ləğv etdi

DÜNYA

01 Aprel 2021 | 12:48

Bayden Trampın qərarını ləğv etdi

ABŞ Müdafiə Nazirliyi transgenderlərin orduda xidmətə alınması üçün yeni təlimatları təsdiq edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi brifinqdə deyib.

Yeni qaydalara görə, ABŞ-ın transseksual vətəndaşları ABŞ ordusunun sıralarına qoşulmaq haqqına sahibdirlər. Bundan əlavə, hərbi rəhbərlik bu cür insanlara lazımi tibbi yardım göstərilməsini təmin edəcək.

Xatırladaq ki, ABŞ-ın sabiq prezidenti Donald Tramp Barak Obamanın transgenderlərin orduya çağırılması ilə bağlı qərarını ləğv etmişdi.

Son məlumatlara görə, hazırda ABŞ ordusunda 6 minədək transgender xidmət edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026