• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Qırğızıstan-Tacikistan sərhədində yenidən ATIŞMA

DÜNYA

30 Aprel 2021 | 12:42

Qırğızıstan-Tacikistan sərhədində yenidən ATIŞMA

Qırğızıstan-Tacikistan sərhədinin Leyl bölgəsində yenidən atışma başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Bildirilib ki, atışma bir saatdır davam edir.

Aprelin 29-da Qırğızıstan və Tacikistanın sərhəd bölgələrinin sakinləri arasında insident baş verib. Daha sonra iki ölkənin hərbçiləri arasında silahlı qarşıdurma yaşanıb.

Toqquşma altı saatdan çox davam edib. Hadisə nəticəsində 150-dən çox insan yaralanıb, 20 nəfər ölüb. Axşam saatlarında tərəflər atəşkəs və qüvvələrin sərhəddən çəkilməsi barədə razılığa gəlmişdilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026