Yanvarın 6-da ABŞ Konqresinə edilən hücumun hərbi qiyam ola biləcəyi ilə bağlı yazı ortaya çıxıb.
Bu barədə CNN telekanalı məhkəmə sənədlərini və Pentaqon qeydlərini araşdırıb.
Araşdırmaya əsasən, hücumda mühakimə olunan 450 nəfərdən 45-nin ABŞ ordusu ilə əlaqəli olduğu aşkarlanıb.
Həmin 45 nəfərin keçmiş hərbçi olduğu bildirilib. Onlardan bəzilərinin hələ də ABŞ ordusunda xidmət etdiyi iddia olunur
Araşdırmada həmin hərbçilərin sağ təmayüllü qruplarla əlbir olaraq yanvarın 6-da polislərə hücum etməkdə, dövlət malına zərər verməkdə, vətəndaş iğtişaşları və sui-qəsd cəhdlərində günahlandırıldığı vurğulanıb./axar/
















