Səudiyyə Ərəbistanına məxsus F15 qırıcı təyyarəsi Yəmən husilərinin istifadə etdiyi kamikadze dron tərəfindən vurulub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Drive” portalı məlumat yayıb.
Hadisənin videogörüntülərini yayan portal onların nə zaman qeydə alındığının açıqlanmadığını bildirib.
Kamikadze dronun “Qasef” seriyasına aid olduğu qeyd edilib.
















