• Bakı 12° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Baydenin həyat yoldaşı stüardessa oldu

DÜNYA

03 Aprel 2021 | 00:21

Baydenin həyat yoldaşı stüardessa oldu

ABŞ prezidenti Co Baydenin həyat yoldaşı Cil Bayden jurnalistləri Kaliforniyadan Vaşinqtona daşıyan təyyarənin sərnişinləri ilə bir aprel zarafatı edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Belə ki, qara parik taxan və stüardessaların paltarını geyinən ABŞ-ın birinci xanımı sərnişinlərə dondurma təqdim edib.

Jurnalistlər bildirib ki, təyyarədə olanlardan heç kim xanım Baydenin bu zarafatından şübhələnməyib.

Qısa müddət sonra pariksiz təyyarənin salonuna daxil olan Cil Bayden hamının Ümumdünya gülüş günü təbrik edib.

Cil Bayden bu yolla təkcə sərnişinləri deyil, həmçinin öz köməkçilərini də aldada bilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026