• Bakı 22° C

    6.49 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Almaniyadan ŞOK: Bizə Kılıçdaroğlu lazım idi

DÜNYA

16 May 2023 | 01:00 | Müəllif: Subhan Mahmudov

Almaniyadan ŞOK: Bizə Kılıçdaroğlu lazım idi

Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Mixael Rot Türkiyədəki seçkilərin nəticələrini dəyərləndirib.

Bakıvaxtı.az xəbər verir ki, siyasətçi seçkilərdə Prezident Rəcəb Tayyib Ərdoğanın yox, CHP sədri Kamal Kılıçdaroğlunun qələbəsini gözlədiklərini etiraf edib.

Seçkilərin nəticələrini “məyusedici” adlandıran Rot qeyd edib: “Seçim azad oldu, amma ədalətli olmadı”.

Siyasətçi Prezident Ərdoğanın ikinci turda yenidən seçiləcəyi təqdirdə əlaqələrin gələcəyi ilə bağlı proqnozlarını bölüşüb: “Ərdoğan yenidən seçilərsə, bu, Türkiyə-Almaniya münasibətlərini çətinləşdirəcək”.

Rot bunun təkcə Almaniya ilə yox, Türkiyə-Avropa Birliyi əlaqələrinə təsir edəcəyini iddia edib:

“Hazırda üzünü Avropaya və dəyərlərimizə çevirəcək birinə ehtiyacımız var və o şəxs qətiyyən Ərdoğan deyil”./teleqraf.com


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026