• Bakı 27° C

    2.25 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.1326

Almanlar silaha sarılmaq istəmir: Əksəriyyət müdafiə halında döyüşməkdən imtina edir

DÜNYA

04 Avqust 2025 | 16:37

Almanlar silaha sarılmaq istəmir: Əksəriyyət müdafiə halında döyüşməkdən imtina edir

Almaniyada aparılan sorğu göstərib ki, vətəndaşların əksəriyyəti mümkün hücum halında ölkəni silahla müdafiə etmək istəmir.

Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.

Qeyd olunub ki, respondentlərin yalnız 16 faizi Almaniyanı mütləq silahla qoruyacağını bildirib. Qadınların 72 faizi, kişilərin isə 46 faizi bu cür müdafiəyə hazır olmadığını deyib.

Sorğuda iştirak edənlərin 41 faizi Almaniya ordusunu NATO daxilində ən zəif təchizatlı qüvvələrdən biri hesab edir.

Diqqətə çatdırılıb ki, 67 faiz müdafiə xərclərinin artırılmasını dəstəkləyir. Hərbi xidmətin icbari olması ilə bağlı isə ictimai fikir iki yerə bölünüb.

Əli Hüseynov


SON XƏBƏRLƏR