• Bakı C

    1.37 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.0578

AMB “PAŞA Bank”a tələbləri pozması ilə bağlı məcburi sərəncam verib

İQTİSADİYYAT

29 Aprel 2025 | 14:52

AMB “PAŞA Bank”a tələbləri pozması ilə bağlı məcburi sərəncam verib

“PAŞA Bank” ASC Azərbaycan Mərkəzi Bankının istehlak kreditlərinin məcmu həcmi ilə bağlı tələblərini pozub.

Bakıvaxtı.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, bank tərəfindən mart ayının sonuna Mərkəzi Banka təqdim edilən hesabatda “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda”nın 4.8-ci bəndinin tələbi ilə müəyyən edilmiş, müddəti 5 il və ondan artıq olan istehlak kreditləri üzrə kredit tələblərinin maksimum məcmu miqdarı normativinin pozulduğu məlum olub.

    “Banklar haqqında” qanunun 47.1-ci maddəsinin tələbləri rəhbər tutularaq Mərkəzi Bank “PAŞA Bank” ASC-yə müvafiq pozuntunun qısa müddətdə aradan qaldırılması və qeyd olunan halların gələcəkdə təkrarlanmaması üçün daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib.

    Qeyd olunub ki, sözügedən pozuntu bankın maliyyə dayanıqlılığı üçün təhdid yaratmır.


    SON XƏBƏRLƏR