• Bakı 16° C

    2.71 m/s

Bakıda orta əməkhaqqı ARTIB

İQTİSADİYYAT

29 May 2025 | 10:37

Bakıda orta əməkhaqqı ARTIB

Bu ilin yanvar-fevral aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 303,2 manat təşkil edib.

Bu barədə Bakıvaxtı.az-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2024-cü ilin yanvar-fevral ayları ilə nisbətən 5,9 % artıb.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 10,2 artaraq 1 043,6 manat təşkil edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026