Aylıq sosial müavinətlər 462 min 400 nəfəri əhatə edir və 12 növ üzrə verilir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondu İdarə Heyətinin sədr müavini Əli Mövsümov mayın 29-da Bakıda "Müasir dünyanın çağırışları kontekstində sosial müdafiə sistemlərinin uyğunlaşdırılması" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, birdəfəlik sosial müavinətlər 7 növ üzrə 21 min 100 nəfəri əhatə edir:
"Hər ay 402 minə yaxın insan 16 növ təqaüd alır".