• Bakı 27° C

    5.54 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

ANAMA-ya Aparat rəhbəri təyin edildi

CƏMİYYƏT

27 Fevral 2024 | 11:07

ANAMA-ya Aparat rəhbəri təyin edildi

Azərbaycan Minatəmizləmə Agentliyində (ANAMA) Aparat rəhbəri vəzifəsinə təyinat olub.

Bu barədə Bakıvaxtı.az-a ANAMA-dan məlumat verilib.

Qeyd edilib ki, Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanovun müvafiq əmri ilə Rauf Hüseynov bu vəzifəyə təyin olunub.

Rauf Hüseynov 1982-ci ildə anadan olub. Uzun müddət bank sektorunda rəhbər vəzifələrdə çalışıb. 2020-2023-cü illərdə dövlət şirkəti olan “Azərbaycan Sənaye Korporasiyası” ASC-də Müşahidə Şurası sədrinin ofisinin rəhbəri, 2023-cü ilin aprel ayından son təyinatadək “AzərTürkBank” ASC-də İdarə Heyəti sədrinin müşaviri olub.

R.Hüseynov Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Ali Neft Məktəbinin məzunudur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026