• Bakı 23° C

    4.07 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib

GÜNDƏM

06 May 2024 | 12:44

Arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi Qaydası təsdiq edilib.

Bakıvaxtı.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

    Qərara əsasən, daimi arbitraj təşkilatı mübahisənin həlli üçün arbitraj məhkəməsinin səlahiyyətlərinə aid məsələlər istisna olmaqla, arbitraj icraatının idarə edilməsi, arbitrajın təşkilati təminatı, o cümlədən arbitrlərin təyin olunması, onlara etiraz edilməsi və onların səlahiyyətinə (mandatına) xitam verilməsi məsələlərinin həlli, kargüzarlıq, arbitraj haqlarının və digər arbitraj xərclərinin ödənilməsinin təşkili funksiyalarını həyata keçirir.

    Daimi arbitraj təşkilatı kimi fəaliyyət göstərmək üçün qeyri-kommersiya hüquqi şəxslərin akkreditasiyadan keçirilməsi və onların akkreditasiyasının ləğvi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir.

    Bu Qaydanın müddəaları beynəlxalq və ya xarici daimi arbitraj təşkilatlarına tətbiq edilmir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    28 Sentyabr 2026