Arda Gülərin yay transfer dövründə “Fənərbaxça”dan “Real Madrid”ə transfer olunması dünya mətbuatında geniş əks-səda yaratmışdı.
Bakıvaxtı.az xəbər verir ki, ardıcıl zədələri səbəbindən yeni komandasında forma geyinmək şansı qazanmayan gənc futbolçu təəccüblü etiraf edib.
Arda Türkiyə və İspaniya liqləri arasındakı fərqlə bağlı sualı belə cavablandırıb: “ Məşqdə inanılmaz bir temp var. 100-də 100 oynamalısan. Komandada çox vacib adlar var”.
Oyunçunun qış transfer dövründə “Fənərbaxça”ya qayıdıb-qayıtmayacağı da bəlli olub. “Fənərbaxça”ya qayıdıb-qayıtmayacağı ilə bağlı suallara da cavab verən futbolçu deyib ki, o, hələ eks klubuna qayıtmaq barədə düşünmür.
Beynəlxalq fasilədən sonra həm klub, həm də Arda yüksəlişdən əmindir.
Ziyafət Əlisoy















