• Bakı 21° C

    0.92 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Argentina Böyük Britaniyaya nota verdi

DÜNYA

06 Iyul 2022 | 09:06

Argentina Böyük Britaniyaya nota verdi

Argentina hökuməti Atlantik okeanının cənubunda yerləşən mübahisəli Cənubi Corciya və Cənubi Sandviç adalarına xüsusi statusun verilməsi ilə bağlı Böyük Britaniyaya etiraz notası təqdim edib.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Argentinanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Argentina hökuməti bu gün Böyük Britaniyaya ünvanlanmış etiraz notası ilə Cənubi Corciya və Cənubi Sandviç adalarının bütün ərazisinin “xüsusi mühafizə zonası” kimi adlandırılması cəhdinə qarşı olduğunu bildirib”, - məlumatda deyilir.

Bu ölkənin Xarici İşlər Nazirliyi vurğulayır ki, Malvin (Folklend) ilə yanaşı, Cənubi Corciya və Cənubi Sandviç adalarını da öz ərazisi hesab edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026