Türkiyə sahlillərində Rusiya istehsalı olduğu təxmin edilən sualtı mina görünüb.
Bakıvaxtı.az xəbər verir ki, sursat Ordunun Ünye rayonundakı çimərliyə çıxıb.
Çimərlikdə yad cisim görən vətəndaşlar vəziyyəti polisə bildiriblər. Əraziyə gələn qruplar obyektin Rusiya istehsalı olan sualtı mina olduğunu müəyyən ediblər. Araşdırmalardan sonra minanın məhv ediləcəyi gözlənilir.
















