• Bakı 10° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Kimsəsiz uşaqlar üçün “üzən məktəb” tikilib - FOTO

DÜNYA

04 Avqust 2022 | 23:05

Kimsəsiz uşaqlar üçün “üzən məktəb” tikilib - FOTO

Kambocada üzən "Kompong Luong" məktəbi orada yaşayan kimsəsiz uşaqlar üçün nəzərdə tutulub.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, dünyanın bəzi bölgələri təbii mühitdən asılı olduqlarından, onların sakinləri sözün həqiqi mənasında suda yaşamaq məcburiyyətindədirlər.

Bu ölkədə Tonlesap gölünə səpələnmiş Kompong Luonqun üzən kənd şəbəkəsi var. Kiçik qəsəbələrdən birində turistlərin və yerli sakinlərin ianələri hesabına “üzən məktəb” tikilib, burada bütün ərazilərdən kimsəsiz uşaqlar oxumaqla yanaşı, həm də yaşayırlar.

Aşağı mərtəbə tamamilə yaşıllıq zolağına və uşaq meydançasına çevrilib, məktəbdə uşaqlar tənəffüs zamanı sərbəst əylənir, ikinci mərtəbə isə sinif otaqlarının təşkilinə verilir.

Təbii tikinti materiallarından istifadə etməklə tikilən məktəbdə enerjiyə qənaət edən sistemlər, o cümlədən günəş panelləri, su toplama və təmizləmə sistemləri və təbii ventilyasiya tətbiq olunub.


Kimsəsiz uşaqlar üçün “üzən məktəb” tikilib - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR