• Bakı C

    2.96 m/s

  • USD - 1.7

    EUR - 2.0052

    RUB - 2.2154

Arvadını məktəbdə döyən kişi həbs edildi

HADİSƏ

09 Fevral 2026 | 10:51

Arvadını məktəbdə döyən kişi həbs edildi

Sabirabad rayonunda məktəbdə həyat yoldaşını döyən şəxs həbs edilib.

Bakıvaxtı.az-ın Teleqraf-a istinadən məlumatına görə, hadisə rayonun kəndlərindən birində baş verib.

1980-ci il təvəllüdlü Elçin Vəliyev (ad-soyad şərti verilib – red.) kənd orta məktəbində həyat yoldaşı Nərminəni döyüb.

Vəliyevin barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Vəliyev özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, arvadı bir necə ay əvvəl yaşadıqları evi tərk edib və atası evinə gedib: “Onun bu hərəkətinə etiraz etdim və kənd məktəbində arvadım ilə mübahisə etdim. Lakin onu vurmadım”.

Zərərçəkmiş Nərminənin sözlərinə görə, məlum hadisə günü, səhər saat 9 radələrində kənd məktəbində əri onun qarşısını kəsib: “Mənim üz nahiyəmə şillə, qarın nahiyəmə təpik vurdu, mənə xəsarət yetirdi. Mən onunla barışmamışam, barəsində həbs növündə cəza təyin edilməsini istəyirəm”.

Sabirabad Rayon Məhkəməsinin qərarı ilə Vəliyev 20 gün müddətinə həbs edilib.


SON XƏBƏRLƏR

08 Fevral 2026