• Bakı --1° C

    1.26 m/s

  • USD - 1.7

    EUR - 1.7658

    RUB - 1.9384

Atasının avtomobilini idarə edən yeniyetmə qəza törətdi - Xəsarət alan var

HADİSƏ

01 Mart 2025 | 19:36

Atasının avtomobilini idarə edən yeniyetmə qəza törətdi - Xəsarət alan var

Biləsuvar rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında Biləsuvar-Bəhramtəpə avtomobil yolunun Nərimankənd kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 2008-ci il təvəllüdlü Muradlı Elnar Elşən oğlu atasına məxsus "Niva" markalı avtomobili sürərkən idarəertməni itirib. Maşın işıq dirəyinə çırpıldıqdan sonra aşıb.

Qəzada sürücü və sərnişinlərdən 2011-ci il təvəllüdlü Əlizadə Tünar Niyaməddin oğlu xəsarət aldığından təcili yardım vasitəsilə  rayon xəstəxanasına çatdırılıb.

Yaralılara ilkin tibbi yardım göstərilib. Sürücünün xəsarəti yüngül olduğundan ambulator müalicəyə buraxılıb. Qapallı kəllə beyin travması alan T.Əlizadə isə ixtisaslaşmış xəstaxanalardan birinə göndərilib.  

Faktla bağlı araşdırma aparılır./qafqazinfo.az


SON XƏBƏRLƏR