• Bakı 6° C

    9.87 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

AVRO-2020: Niderland məğlub oldu

İDMAN

27 Iyun 2021 | 22:16

AVRO-2020: Niderland məğlub oldu

AVRO-2020-nin pley-off mərhələsi davam edir.

Bakıvaxtı.az xəbər verir ki, 1/8 final mərhələsinin ikinci oyun günü Budapeştdə başlayıb.

C qrupunda keçirdiyi hər üç matçda qələbə qazanan Niderland millisi 3-cü yer sahibi kimi tur adlayan Çexiya ilə üz-üzə gəlib. İlk yarısı qarşılıqlı hücumlarla keçən matçda həlledici məqam Mateys de Liqtin meydandan qovulması olub.

Fasilədən az sonra say üstünlüyü qazanan Çexiya millisi daha çox hücum edib. Bu da öz bəhrəsini verib. Əvvəl Tomaş Qoleş, ardınca Patrik Şikin vurduğu qollar çexiyalıları 1/4 finala daşıyıb.

Qeyd edək ki, bu gün 1/8 finalın daha bir oyunu keçiriləcək. Bakı vaxtı ilə saat 23:00-da başlayacaq matçda Belçika və Portuqaliya üz-üzə gələcək.

AVRO-2020

1/8 final

27 iyun

20:00. Niderland – Çexiya - 0:2

Qollar: Tomaş Qoleş, 62, Patrik Şik, 80

Baş hakim: Sergey Karasyov (Rusiya)

Budapeşt. “Puşkaş Arena”


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026